Coffeeshops

Gloria Jeans Coffees Baku

Tarix

Gloria Jeans Coffee Gourmet Coffee Pty Ltd qərargahı Castle Hill, Sidneydə yerləşən Amerika-Avstraliya pərakəndə coffee shop brendidir. Şəbəkə çoxmillətli fast casual restoran holdingi Retail Food Group-a məxsusdur və 40 ölkədə 599-dan çox, o cümlədən Avstraliyada 140-dan çox mağazaya malikdir.

Gloria Jean’s Coffees 1979-cu ildə ABŞ-ın İllinoys ştatının Çikaqodan kənarda yerləşən Long Grove adlı kiçik şəhərdə Qloriya Jean Kvetko tərəfindən təsis edilib. Brend Çikaqoda kiçik qəhvə və hədiyyə mağazası kimi başlayıb və françayzinq haqqı Coffee People zənciri tərəfindən satın alındındıqdan sonra ABŞ-da 50-dən çox məntəqələr açaraq böyüyüb.

Gloria Jean’s Coffees International şirkəti 2009-cu ildə Diedrich Coffee-dən Gloria Jean’s üçün ABŞ və Puerto-Riko françayzinq hüquqlarını satın alaraq şirkətə dünya üzrə eksklüziv françayzinq hüquqları verdi. Müqavilənin bir hissəsi olaraq Diedrich Şimali Amerikada Gloria Jean’s brendindən qəhvə topdansatış əməliyyatları və Kuerig qəhvə qabları üçün istifadə hüquqlarını özündə saxladı.

Costa Coffee Baku adlı yazıya keçid edib oxuya bilərsiniz.

Gloria Jean’s Coffees Bakıda

Gloria Jean’s Coffees ölkəmizdə aşağıdakı məntəqələrdə yerləşir:

  • Azərbaycan pr. 57C
  • 28 Mall
  • Port Baku Mall
  • M. Rəsulzadə 2
  • İstiqlaliyyət 51
  • Gənclik Mall
  • C. Cabbarlı 42
  • Park Bulvar
  • Lev Tolstoy 191

Back to top button