Blog

Kofe arıqladır?

Düzgün miqdarda içilən kofe sağlamlıq baxımından inanılmaz faydalar təmin edərkən, arıqlamağa təsir edib-etməməsi ən çox maraqlanılanlar arasındadır. İşləyən insanların gün ərzində özünü təravətli hiss etmələri üçün vazkeçilməz olan kofe sortları ləzzət həvəskarlarının sevimlisidir(kofe ilə bağlı maraqlı xəbərlər və məlumatlar əldə etmək üçün coffee.azı izləyin).Bəs,kofe arıqladır?

Kofe arıqladır?

Qara kofe (türk kofesi və ya filtrlənmiş kofe, expresso) maddələr mübadiləsini sürətləndirir, yağ və şəkərin yanmasını təmin edir, kökəlmək əvəzinə arıqlamağa kömək edir. Ancaq kofe arıqladir deyə kofeni daim içmək düzgün deyil. Xülasə; Maddələr mübadiləsini sürətləndirdiyi üçün türk kofesi arığlada bilər, ancaq tək kofe ilə arıqlamaq mümkün deyil.Kofe yalnız arıqlamağa kömək edə bilər.

Səhərlər içilən kofe arıqladır?

Kofeni şəkərsiz içsəniz, aşağı kalorili olduğu üçün arıqlamağınıza kömək edə bilər. Ancaq şəkərli kofeyə üstünlük verənlər bir az diqqətli olmalıdırlar. Arıqlamaq istəyərkən əksini əldə edə bilərsiniz. Buna görə də türk kofesinin arığladıcı təsirindən faydalanmaq istəyənlər səhərlər acqarına və şəkərsiz içə bilərlər. Əlbəttə ki, əvvəlcədən həkiminizlə məsləhətləşmək yaxşı bir fikirdir.

kofe ile ariqlamaq

Kofe ilə arıqlamaq – bəzi qaydalar

  • Kofe təbii və keyfiyyətli olmalıdır.
  • Kofeni mis qabda dəmləyib, keramik fincanda için. Plastik stəkanda içmək olmaz.
  • Kofeyə 1 çimdik qara istiot, vanil, darçın əlavə edə bilərsiniz. Şəkər, süd və ya şəkərəvəzləyicilər qatmayın.
  • Gündəlik rasiondan yağlı xörəkləri, şirniyyatı, ağ çörəyi, “fast fud” kimi ziyanlı məhsulları çıxarın.
  • Dietanın effektivliyini artırmaq üçün arıqlamaq idmanları edin, kosmetik prosedurlara yazılın.
  • İdealda kofeni gün ərzində 12.00-17.00 arası içmək məqsədəuyğundur. İstənilən menyuda 1 dəfəyə yalnız 1 fincan kofe içmək olar

Kofe ilə arıqlamaq – müsbət cəhətləri

  • Kofe bədəndəki artıq yağları yandırır;
  • Maddələr mübadiləsini sürətləndirir;
  • Qanda qlikogenin səviyyəsini azaltmaqla, iştahı kəsir;
  • Sidikqovucu təsiri hesabına orqanizmdən artıq mayeni kənarlaşdırır;
  • İnsulini aktivləşdirməklə qlükoza səviyyəsini azaldır.

Yaşıl kofe ilə arıqlayanlar

Yaşıl kofe qovrulmamış təbii kofedir. Zənginlik baxımından adi satışda olan kofedən dəfələrlə zəngindir. Yaşıl kofeni satışdan əldə etmək çox çətindir. Ancaq internet üzərindən axtarıb tapmaq olar və yaxud sifarişlə əldə etmək mümkündür. Yaşıl kofenin qiyməti adi kofedən bahadır. Bu onun qıtlığı ilə bağlıdır.

Yaşıl kofe hal-hazırda piy qatının əridilməsi, arıqlamaq üçün geniş istifadə edilir. Yaşıl kofe istifadə zamanı piy qatının əriməsindən sonra adətən dəridə qırışlar qalmır, bu onunla bağlıdır ki, arıqlama müntəzəm yavaş-yavaş olduğundan bu hal baş vermir. Arıqlamaq üçün yaşıl kofe həm çox təhlükəsiz, həm də ucuz başa gəlir.

Model kimi bədən quruluşuna sahib olmaq üçün bir çox qadınlar birdən-birə arıqlayır. Hazırda bu çox asandır, çünki arıqladıcı vasitələr bazarı çox güclü bir vasitə təklif edir.

Yaşıl kofe arıqladır?

Yaşıl kofenin geniş spektrli terapevtik üstünlükləri var. Onun 6 aktiv komponenti qida və dərmanların pis keyfiyyəti haqqında danışdığımız bir vaxtda tam yerinə düşür. Onu hər səhər yeməyindən sonra bir fincan qəbul etsəniz, sağlamlığa zərər vurmadan həftədə 2-3 kq arıqlaya bilərsiniz. Lakin, məsləhət görülən dozanı aşmaq olmaz, çünki bu sağlamlığa sərt şəkildə ziyan gətirə bilər.Qısa müddət ərzində həddən artıq çəkidən azad olan istehlakçılar sorğu zamanı təsdiq ediblər ki, onlar tövsiyə edilən dozaya əməl etməyiblər və onu 3-dən 5 dəfəyə qədər artırıblar! Nəticədə, onlar kəskin şəkildə incəliblər, yəni həftədə 4-5 kq-a kimi.

Darçınlı kofe arıqladır?

Darçınlı kofenin köməyi ilə qısa müddətdə artıq çəkinizdən xilas ola bilərsiniz. Sağlam bir pəhriz və məşq proqramını müşayiət edəcək bir fincan darçınlı kofe ilə həm iştahınızı basdıra, həm də lazımsız kalori qəbulunun qarşısını ala bilərsiniz, həm də maddələr mübadiləsi sürətinizi artıraraq yağ yandırılmasını sürətləndirə bilərsiniz.

Yağ yandırmasını artırmaq və arıqlamaq üçün istehlak edəcəyiniz bu kofeyə şəkər və dadlandırıcı əlavə etməməyi şiddətlə tövsiyə edirik.Kofe ile arıqlamaq isteyenler bunun əvəzinə bir xurma və ya hər hansı bir quru meyvə istehlak edə bilərsiniz. Ancaq bunu çox tez-tez etməməlisiniz.

Türk kofesi ilə arıqlamaq mümkündür?

Pəhriz zamanı türk kofesi nə vaxt içilməlidir sualının cavabı səhər yeməyindən əvvəl və ya qəlyanaltı kimi müəyyən edilir. Çünki türk kofesi pəhrizi günə kofe ilə başlamağı tələb edir.

Türk kofesi necə arıqladır?

Mədə problemi olanların kofe ile arıqlamaq üçün pəhriz saxlamazdan əvvəl həkimə müraciət etmələri tövsiyə edilər. Səhər yeməyindən əvvəl kofe ilə toxluq hissi təmin edilir. Bir neçə saatdan sonra səhər yeməyi iki yeməklə günü keçirməyə kömək edir. Tərkibində yağ olmayan kofe lif və zülal zənginliyi ilə yeməklərdə öz yerini tapır. Tərkibində kalsium və dəmirin də olduğu kofe ile arıqlamaq ucun, xüsusilə şəkərsiz istehlak edildikdə pəhriz dövrlərində daha az kalori ilə toxluq hissi verir. Təkcə türk kofe ilə arıqlamaq mümkün olmasa da, kofe ilə edilən pəhrizi gücləndirən qəlyanaltı kimi seçim edilə bilər.

Kofe ilə arıqlamaq pəhrizi(Türk kofesi)

Türk kofe ile arıqlamaq tərkibindəki bol kofeinlə maddələr mübadiləsini sürətləndirdiyi üçün kömək edir. Maddələr mübadiləsi yavaş olduğu üçün arıqlaya bilmədiklərindən şikayət edənlər, digər kofelərlə müqayisədə kofenin maddələr mübadiləsini sürətləndirən təsiri və heç bir qatqısı olmadığı üçün həm sağlam, həm də təsirli olduğu üçün türk kofesinə üstünlük verirlər. Ancaq arıqlama sürəti bədən quruluşuna görə dəyişəcəyi üçün fərqli çəkidə olan insanlarda fərqli nəticələr verə bilər. Faydalı pəhriz siyahısı və yekun nəticə üçün həkiminizlə məsləhətləşməniz sağlamlığınız üçün daha faydalı olacaq.Bir sözlə kofe ile arıqlamaq istəyənlər üçün türk kofesi ideal seçimdir

1 Həftəlik Türk kofesi Pəhriz Siyahısı

bazar ertəsi

Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç

Nahar: 2 qaynadılmış yumurta və 1 dilim tam buğda çörəyi

Şam yeməyi: Çoxlu yaşıl salat və 3 ədəd qızardılmış quzu pirzolası

çərşənbə axşamı

Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç

Nahar: 3 qril köftesi və yaşıl salat

Axşam: Limitsiz tərəvəz yeməyi və yağsız ayran

çərşənbə

Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç

Nahar: 2 qaynadılmış yumurta və 1 dilim tam buğda çörəyi

Axşam: Limitsiz tərəvəz yeməyi və yağsız ayran

cümə axşamı

Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç

Nahar: Bol limon və 1 qaynadılmış yumurta ilə salat

Axşam: Çox şişirtmədən meyvə

cümə

Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç

Nahar: Qızardılmış balıq

Axşam: Limitsiz tərəvəz yeməyi və yağsız ayran

şənbə

Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç

Nahar: Qızardılmış toyuq

Axşam: Limitsiz tərəvəz yeməyi və yağsız ayran

bazar

Səhər: 1 stəkan şəkərsiz türk kofesi, 2 dilim tam buğda çörəyi ilə hazırlanmış pendirli sendviç

Nahar: Limitsiz tərəvəz yeməyi və yağsız ayran

Şam yeməyi: Qızardılmış toyuq

Kofe ve limon ilə arıqlamaq

Düzgün qidalanma və idman olmadan içkinin işləməyəcəyi üçün dərhal bir sifariş verməyə dəyər. Kofein və limon suyunun birləşməsi fiziki dözümlülüyü artıra bilər (bu, daha səmərəli məşq etməyinizə kömək edəcək) və maddələr mübadiləsini biraz sürətləndirə bilər. Çoxsaylı tədqiqatlar göstərir ki, pəhriz, idman və kofeni limonla birləşdirən insanlar daha sürətli kilo verirlər, ancaq üçüncüsü ilk ikisi olmadan işləməyəcəkdir.

Kofe ilə arıqlamaq üçün xüsusi resept

Vəsaitlər:

Süd – 1stəkanı

Darçın -1 ədəd çubuq darçın

Kofe -1 çay qaşığı

Hazırlanması:

Kofe ilə arıqlamaq üçün istifadə edəcəyiniz südü mütləq gecədən hazırlamağı unutmayın. Belə ki, gecədən südü və çubuq darçını kiçik bir qazana atıb vam  odda qaynadın. Bunu etmənizin məqsədi, darçının südə tamamilə keçməsini təmin etməkdir.

Süd bir burum qaynadıqdan sonra odun üstündən götürün. Səhərədək darçının  südün içində qalması şərtdir.Kofe ile arıqlamaq üçün ən ideal vaxt  axşamüstü saat 16-17:00 arasıdır. Çünki bu saatlarda insanlarda enerji düşdüyündən axşam yeməyində həddindən artıq miqdarda yemək istəyi yaranır.  Bu zaman, həmin istəyi aradan qaldırmaq üçün və kofe ile arıqlamaq məqsədiylə  bu saatlarda  kofe qrişımını qəbul edin.

Kofeni  isə gecədən hazırladığınız darçınlı südü yenidən isidib, içinə bir çay qaşığı kofe əlavə edərək, qarışdıraraq için.  Lakin kofe ile arıqlamaq resepti üçün bir neçə nüansa da diqqət etməniz vacibdir:

Kofe ile arıqlamaq ucun kofenin yanında mütləq 2 böyük stəkan su içməlisiniz ki, yandırılan yağlar tər və ya sidik yoluyla çölə atılsın.

Əgər kofe ile arıqlamaq isteyizsizse bu kofeni əsla ikisi və ya  üçü bir yerdə kofelərdən hazırlamayın. Onlar əsil, təbii kofe deyil, kimyəvi qarışıqlardır. əvəzində qablaşdırlmış bankalarda satılan Qold, klassik və ya filtrli kofedən  istifadə edə bilərsiniz. Kofenin  bədəndə təsir göstərə bilməsi üçün ən az 1 həftə nizamlı istifadə etməlisiniz.nəticə əldə etmək istəyirsinizsə qarışımı  2 gün içib buraxmaq olmaz.

Çubuq darçın istifadə baxımından çox rahatdır, lakin  əgər evdə belə çubuqlarınız yoxdursa, bunu bir çay qaşığı toz darçınla da əvəzləyib, südü qaynada bilərsiniz.

Arıqlamaq üçün kofe dietaları

Artıq çəkidən azad olmağın müxtəlif yolları vardır. Kofe ilə ariqlamaq da bu üsullardan biridir.

Kofe xoşlayanlar bu dieta sayəsində sevdikləri içkinin dadından zövq alaraq arıqlayacaqlar.

Kofe ilə arıqlamaq (3 günlük dieta)

Bu menyu sürətli arığladan pəhrizlər sırasına daxildir. Ağır pəhriz olduğundan səbr və iradə tələb edir. 3 günə 3-4 kilo çəki itirilir.

Səhər, nahar, axşam vaxtı yalnız 40 qr şokoladla 1 fincan kofe içirsiniz. Naharla axşam yeməyi arasında acsanız, eyni qaydada şokolad və kofe qəbul edirsiniz.

Kofe ilə arıqlamaq (7 günə 7 kiloqram)

2-ci gün istisna olmaqla digər günlərdə səhər yeməyi yalnız 1 fincan kofedən ibarət olmalıdır.

1-ci gün

Nahar: 2 ədəd soyutma yumurta, pomidor və kələm salatı, kofe

Axşam: az miqdarda kələm salatı, sobada hazırlanmış 150-200 qr balıq, kofe

2-ci gün

Səhər: kofe, bir neçə ədəd dietik suxari və ya 1 dilim çovdar çörəyi

Nahar: 200 qr balıq soyutma, kofe

Axşam: 150-200 qr yağsız ət soyutması, 1 stəkan kefir və ya qatıq

3-cü gün

Nahar: az miqdarda zeytun və ya digər bitki yağı qatılmış bir neçə soyutma tərəvəzdən salat, suda qaynadılmış 1 ədəd yumurta, kofe

Axşam: 2 ədəd iri ölçülü alma

4-cü gün

Nahar: kartof qatmadan digər tərəvəzlərdən salat, kofe, alma

Axşam: 200 qr yağsız mal əti, kələm salatı, 1-2 ədəd soyutma yumurta, kofe

5-ci gün

Nahar: zeytun yağı əlavə edilmiş, limon sıxılmış kök salatı,  kofe

Axşam: sobada yağsız bişirilmiş 150-200 qr ət, azacıq kələm salatı, kofe

6-cı gün

Nahar: kök, kələm və 200 qr döş ətindən hazırlanmış salat, kofe

Axşam: 2 yumurta, 1-2 dilim pendirlə suda bişmiş bir neçə kök, kofe

7-ci gün

Nahar: 200 qr soyutma ət, 2 ədəd kiçik ölçülü alma, kofe

Axşam: digər 6 günün axşam yeməyindən biri

Kofe ilə arıqlamaq (2 həftəyə 10 kiloqram)

Səhər oyandıqda: bir qədər azyağlı süd əlavə olunmuş kofe

Naharda: 250 qr ət soyutması, bir neçə ədəd xlebçı, kofe

Axşam vaxtı: 100-150 qr toyuq soyutması, 2-3 xlebçı, kofe

İstifadə edilmiş mənbələr: 1.2.3.  / 4.

Uyğun Məqalələr

Back to top button