BlogTrend Yazılar

Qəhvə Mürəbbəsi Necə Hazırlanır? Qozlu Filtrli Qəhvə Mürəbbəsi Resepti

Fərqli dad axtaranlar üçün qozlu qehve mürəbbəsi və filtr qəhvə mürəbbəsi reseptini paylaşırıq. Praktik və asan qəhvə mürəbbəsi resepti aşağıdadır.

Qəhvə Mürəbbəsi Resepti

İki fərqli reseptlə qəhvə mürəbbəsi hazırlaya bilərsiniz. Sizə asan və praktiki qəhvə mürəbbəsi resepti təqdim edirik…

İsti havaların qəhrəmanı:Cold brew adlı yazıma da keçid edib baxa bilərsiniz.

Qəhvə mürəbbəsi üçün inqrediyentlər:

  • 3 stəkan filtr qəhvə
  • 1+1/2 stəkan şəkər
  • 1 stəkan qoz
  • 1 çay qaşığı limon duzu
Qəhvə Mürəbbəsi Resepti

Qəhvə mürəbbəsi necə hazırlanır?

Sizə və avadanlıqlarınıza uyğun olan üsulla filtr qəhvə dəmləyin. Çox güclü və ya yumşaq qəhvə hazırlamamağa diqqət edin. Qəhvəni qazana götürün. Şəkər və qoz qatılıb ocağın dibi açılır. Doşab kimi olanadək vam odda bişirilir. Qatılaşan mürəbbəyə limon duzu əlavə edib qarışdırın. Soyuduqdan sonra süfrəyə verilir.

Qozlu Filtrli Qehve Mürəbbəsi Resepti

Qozlu filtr qəhvə mürəbbəsi üçün inqrediyentlər:

  • 2 stəkan filtr qəhvə
  • 1 stəkan dənəvər şəkər (qəhvəyi dənəvər şəkər ola bilər)
  • 1 stəkan incə üyüdülmüş qoz
  • 1/2 çay qaşığı limon duzu

Qozlu filtr qəhvə mürəbbəsi necə hazırlanır?

Qozlu Filtrli Qəhvə Mürəbbəsi Resepti

Limon duzundan başqa bütün maddələri kiçik bir polad qazana qoyun. Taxta qaşıqla arabir qarışdıraraq, ən azı 35 dəqiqə, doşab kimi olanadək vam odda bişirilir. Limon duzunu əlavə edin, daha 5 dəqiqə qaynadın və ocaqdan götürün. Soyuyanda dondurmanın üstünə töküb südlü desertin üzərində süfrəyə verin.

Daha Sərt Qəhvə Dəmləmək üçün 5 Məsləhət adlı yazıma da keçid edib baxa bilərsiniz.

Qaynaq: https://www.yeniakit.com.tr/haber/kahve-receli-nasil-yapilir-cevizli-filtre-kahve-receli-tarifi-1639462.html

Uyğun Məqalələr

Back to top button