Filtr Qəhvənin İnsan Sağlamlığa Təsiri Nələrdir?
Filtr qəhvənin insan sağlamlığına təsirini müşahidə etmək üçün bütün dünyada bir çox testlər və analizlər aparılır. Araşdırmalara görə, hər gün bir fincan filtr qəhvə uzun müddətdə qaraciyər xərçənginə tutulma riskini azaldır. Sidikqovucu xüsusiyyəti sayəsində xəstəlik dövrlərində zərərli mikrobların bədəndən çıxarılmasını təmin edir. Ürək xəstəliklərinin qarşısını alır. Bundan əlavə, müxtəlif araşdırmalarda Alzheimerin əsas düşməninin qəhvə olduğu bildirilir.
Gündəlik həddən artıq istehlak edildikdə, ürək döyüntüsü, əsəb pozğunluqları və yuxu pozğunluğu kimi təsirləri olduğu müşahidə edilmişdir. Belə hallarda çoxlu su içməklə kofeinin təsirini azaltmaq lazımdır. Qasdrid kimi müxtəlif mədə xəstəliklərində kofe istehlakı mədə yanmasına səbəb ola bilər.
Filtr qəhvə yağ yandırırmı?
Kofenin çəkiyə təsirinə nəzər yetirsək, filtr qəhvənin müntəzəm istifadəsi maddələr mübadiləsini sürətləndirərək yağ yandırılmasını artırdığını görərik. Pəhriz edənlərdə arıqlamağa və istədiyi çəkidə olanlara isə çəki nəzarətinə kömək edir. Filtr qəhvəsində yağ yandırılmasını artıran komponentin adı kofeindir. Bundan əlavə, kofeinin verdiyi enerji idmanla məşğul olan insanların performansını artırır, daha çox hərəkət edilməsinə və bu baxımdan daha çox kalori yandırılmasına şərait yaradır.
Filtr qəhvənin zərərləri nələrdir?
- Həddindən artıq istehlak ürək döyüntüsünə səbəb olur.
- Gec istehlak edildikdə yuxuya getməyin qarşısını alır.
- Mədə problemi olan insanlarda həzm problemlərinə səbəb olur.
- Bədəndən suyu çıxararaq dehidrasiyaya səbəb ola bilər.
- Dişlərin saralmasına səbəb olur.
Filtr Qəhvə ilə əlaqəli zərərli təsirlərinin çoxu filtr qəhvənin həddindən artıq istehlakında qarşılaşılan problemlərdir. Bədəninizin ehtiyacı olduğu qədər istehlak etsəniz, sağlamlığa son dərəcə müsbət bir təsiri var.
Daha ləzzətli filtr qəhvə hazırlamağın yolları
Filtr qəhvəsi dəmləyərkən tətbiq edilməli olan bəzi üsullar birbaşa qəhvə aromasına təsir edir və daha dadlı kofe içməyinizə kömək edir. Maddələrə tək-tək baxdığınız zaman onların çox da vacib bir faktor olmadığını düşünə bilərsiniz, amma bütövlükdə böyük təsir göstərir.
1.Əvvəlcədən dəmləməyi unutmayın
Qəhvənizi dəmləyərkən bütün qəhvəni islatmaq üçün suyu qəhvənin üzərinə tökün və 30 saniyə gözləyin. Əvvəlcədən dəmləmə adlanan bu mərhələdə qəhvə ətirinin çox hissəsini verəcək və daha dadlı içki təqdim edəcək. 30 saniyənin sonunda qalan suyu əlavə edib dəmləmə prosesinizə davam edə bilərsiniz.
2.Qəhvəni yandırmayın
Suyu qaynayan kimi töksəniz, qəhvəni yandırarsınız və acı, yanıq dad əldə edərsiniz. Ona görə də su qaynadıqdan sonra 30 saniyə qədər gözləyin və bu addımdan sonra suyu istifadə edin. Qəhvə üçün ideal suyun temperaturu 90-95 dərəcə arasındadır.
3.Qəhvəni yaxşı şəraitdə saxlayın
Ən yaxşı şəraitdə belə, qəhvə tez bayatlanan bir qidadır. Saxlama şərtlərinə məhəl qoymasanız və təsadüfi şəkildə istifadə etsəniz, düşündüyünüzdən daha tez köhnələcək.
Etməli olduğunuz şeylərdən biri də qəhvənin hava almasının qarşısını almaqdır. Hava ilə təmasda olan qəhvə tez köhnəlir. Ya bankaya qoyun və saxlayın, ya da bağlama teli kimi bir tel köməyi ilə paketi yaxşıca bükün və hava almasının qarşısını alın.
Digər mühüm məqam isə qəhvənin rütubətli və isti mühitdə olmamasıdır. Əgər onu nəm yerlərdə və ya mətbəxdə su buxarı ilə təmasda olan yerdə saxlasanız, qəhvə çox tez köhnəlir. Quru və sərin yerlərdə saxlamağa üstünlük verin.
Nəhayət, qəhvəni soyuducuya qoymamağa diqqət edin. Soyuducudakı soyuq hava, qəhvənin qoxusunu və aromasını aparır və nəticədə aromasız qəhvə əldə etmiş olacaqsınız. Bu isə ən son istədiyiniz şey olabilər.
4. Qəhvəni dənə halında alıb özünüz evdə üyüdün
Qəhvənin ən təzə forması ilk dəfə üyüdüldüyü vaxtdır. Böyük qəhvə satış mərkəzlərinin yerləşdiyi küçədə yaydığı qoxunun səbəbi qəhvənin davamlı olaraq təzə-təzə üyüdülməsidir. Evdə qəhvəni üyütmək üçün dəyirman alsanız və qəhvənizi içməzdən əvvəl təzə-təzə üyüdsəniz, onun dadına və ləzzətinə doya bilməyəcəksiniz.